“Marsel”in Obameyanqı neçəyə satmağa hazır olduğu məlum olub

26 İyun 2026 20:11
96
“Marsel”in Obameyanqı neçəyə satmağa hazır olduğu məlum olub

“Marsel” UEFA-nın maliyyə qaydalarına uyğun olaraq bu yay bir sıra oyunçularını satmaq niyyətindədir və hücumçu Pyer-Emerik Obameyanq da transfer oluna biləcək oyunçular arasındadır.

İdman.Biz bu barədə "La Provence” qəzetinə istinadən məlumat verir.

“Olimpik Marsel” gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməyib və bu da klubun maliyyə vəziyyətini daha da çətinləşdirib. Məlumata görə, Obameyanqın müqaviləsinin vaxtından əvvəl ləğvi nəzərdən keçirilmir və klub bunun əvəzinə 1,5 milyon avro qiymət təyin edib. “Fənərbağça”, “Qalatasaray”, “Trabzonspor” və “Los-Anceles” klublarının Obameyanqla maraqlandığı bildirilir.

Keçən mövsüm 41 matçda 37 yaşlı Obameyanq 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

İdman.Biz