İngiltərənin “Mançester Yunayted” komandasının kapitanı Bruno Fernandeş klubun yeni müqavilə təklifini qəbul etməyib.
İdman.Biz xəbər verir ki, insayder Saşa Tavolyeri “Mançester Yunayted”in 31 yaşlı futbolçuya əvvəlkindən daha yaxşı şərtlərlə yeni müqavilə təklif etdiyini, lakin portuqaliyalının razılaşmadığını bildirib.
Təklifdə Fernandeşin illik gəlirinin 500 min avro (983,6 min AZN) artırılması nəzərdə tutulub.
Fernandeşin hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Mançester Yunayted”in anlaşmanı daha bir il uzatmaq hüququ olsa da, tərəflər hələlik yeni uzunmüddətli müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.
Portuqaliyalı yarımmüdafiəçi ilə Türkiyənin “Qalatasaray” klubu da yaxından maraqlanır. İstanbul təmsilçisinin Fernandeş üçün təxminən 50 milyon avroluq (97 milyon AZN) təklif hazırladığı və ona yüksək maaşlı dörd illik müqavilə verməyə hazır olduğu bildirilir.
“Qalatasaray” eyni zamanda Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferi üzərində işləyir. Türkiyə mətbuatında tərəflər arasında razılığın əldə edildiyi barədə məlumatlar yayılsa da, keçid hələ klub tərəfindən rəsmən açıqlanmayıb.
