“Ayntraxt Frankfurt” və Almaniya millisinin sol cinah müdafiəçisi Nataniel Braun “Bavariya”ya transfer olunur.
İdman.Biz-in Fabrizio Romanoya istinadən məlumatına görə, 23 yaşlı futbolçu ilə müqavilə bağlanıb. Mənbənin məlumatına görə, transfer haqqı 55 milyon avrodur. Bu barədə klublar arasında razılıq əldə edilib.
Braun özü bir neçə həftə əvvəl “Bavariya” ilə şəxsi şərtlər barədə razılığa gəlib və yalnız Münhen klubuna qoşulmaq istəyib. Jurnalistin sözlərinə görə, müdafiəçi “Bavariya” ilə beş illik müqavilə imzalayacaq.
Nataniel Braun 2024-cü ilin yayından “Ayntraxt Frankfurt”da çıxış edir. Onunla maraqlanan İngiltərənin “Çelsi”, “Arsenal”, “Liverpul” və “Mançester Yunayted”, eləcə də İspaniyanın “Real Madrid” və “Barselona” klubları olub.
