Sandro Tonali “Tottenhem”ə keçməyə razılıq verib

26 İyun 2026 09:18
75
Sandro Tonali “Tottenhem”ə keçməyə razılıq verib

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali “Tottenhem Hotspur”a keçməyə razılıq verib.

İdman.Biz-in jurnalist Ben Ceykobsa istinadən məlumatına görə, klublar hələ də müqavilənin təfərrüatlarını müzakirə edirlər.

Mənbənin məlumatına görə, tərəflər artıq 26 yaşlı italiyalı futbolçunun şəxsi müqaviləsinin ümumi şərtləri barədə razılığa gəliblər. “Tottenhem” indi “Nyukasl”la transfer haqqı barədə razılığa gəlməlidir. “Sağsağanlar” artıq “Tottenhem”in təxminən 80 milyon funt sterlinqlik təklifini rədd edib və 100 milyon funt sterlinq məbləğində israr edirlər.

Tonali “Nyukasl”a 2023-cü ilin yayında “Milan”dan keçib. Klub onun müqaviləsini 2025-ci ildə 2029-cu ilə qədər uzadıb və əlavə bir mövsüm üçün də seçim imkanı var.

Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 53 oyun keçirib, üç qol vurub və altı məhsuldar ötürmə edib.

İdman.Biz