“Mançester Yunayted” yoldaşlıq oyununda “Lids”i məğlub edə bilməyib

13 Avqust 2026 01:27
105
“Mançester Yunayted” yoldaşlıq oyununda “Lids”i məğlub edə bilməyib

2026/2027 mövsümünə hazırlıq çərçivəsində “Mançester Yunayted” və “Lids Yunayted” arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun “Croke Park”da (Dublin, İrlandiya) keçirilib və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee matçın ilk qolunu 16-cı dəqiqədə vurub. 29-cu dəqiqədə “Lids”in yarımmüdafiəçisi Brenden Aaronson hesabı 1:1 edib.

2025/2026 mövsümünün sonunda "Mançester Yunayted" İngiltərə Premyer Liqasında üçüncü yeri tutub. Mançester komandası 38 oyundan 71 xal toplayıb. "Lids" 47 xalla 14-cü yeri tutub.

İdman.Biz