“Arsenal” və “Mançester Yunayted” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skotu izləyir.
İdman.Biz bu barədə “Daily Mail”ə istinadən bildirir.
Mənbənin məlumatına görə, “albalılar” 22 yaşlı futbolçunu 60 milyon funt sterlinqə (70 milyon avro) sata bilər. “Bornmut” da Skottla müqaviləni uzatmaq istəyir. Lakin ingilis oyunçuya artan maraq səbəbindən bu, problem yarada bilər.
Ötən mövsüm Skott bütün yarışlarda 39 oyunda meydana çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
