Ekvador Almaniya üzərində qələbə ilə pley-off şansı qazanır - YENİLƏNİB + VİDEO

26 İyun 2026 02:03
784
Ekvador Almaniya üzərində qələbə ilə pley-off şansı qazanır

Almaniya - Ekvador oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Cənubi Amerika təmsilçiləri 2:1 hesablı qələbə qazanıblar.

Bu qələbə ilə Ekvador 4 xal toplayıb və pley-off şanslarını qoruyur. Almaniya isə 6 xalla qrup birincisi olub və 1/16 finalda A/B/C/D/F qruplarında birinin üçüncüsü ilə qarşılaşacaq.

01:40

Almaniya - Ekvador oyununda hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 78-ci dəqiqədə ekvadorlu Qonsalo Plata fərqlənib - 1:2.

01:06

Almaniya - Ekvador oyununda ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab bərabərdir - 1:1.

00:50

Almaniya - Ekvador oyununda ilk yarı bitib.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab bərabərdir - 1:1.

Almaniya - Ekvador oyununda hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 9-cu dəqiqədə Nilson Anqulo cavab qolunu vurub - 1:1. Bu, Ekvador millisinin DÇ-2026-da vurduğu ilk qoldur.

00:05

Almaniya - Ekvador oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 2-ci dəqiqədə Leroy Sane dəqiq olub - 1:0.

00:00

Futbol üzrə dünya çempionatında E qrupununda son turun matçları keçirilir.

İdman.Biz xəbər verir ki, üçüncü turda Almaniya və Ekvador yığmaları qarşılaşırlar.

Oyun ABŞ-ın İst-Raterford şəhərinin “Metlife” stadionunda oynanılır. Görüşü amerikalı Tori Penso idarə edir.

Almaniya iki oyundan 6 xal qazanaraq E qrupunun lideridir və artıq pley-offa vəsiqəni təmin edib. Almanlar ilk matça Kürasaonu 7:1 hesabı ilə məğlub ediblər, ikinci turda isə Kot-d'İvuardan üstün olublar – 2:1.

Ekvadorun isə iki matçdan sonra 1 xalı var. Cənubi Amerika təmsilçiləri ilk turda Kot-d'İvuara uduzublar – 0:1, ikinci turda isə Kürasao ilə qolsuz bərabərliyə nail olublar – 0:0. Ekvador bu dünya çempionatında qol vurmamış üç millidən biridir.

İdman.Biz