“Mançester Yunayted” DÇ-2026-nın iştirakçısını transfer etməklə qapıçı mövqeyini gücləndirə bilər.
İdman.Biz-in “The Sun” qəzetinə istinadən məlumatına görə, klub Şotlandiyanın dünya çempionatında əsas qapıçısı olan Anqus Qann ilə maraqlanır.
Mənbənin məlumatına görə, “Yunayted” qapıçılar Andre Onana və Altay Bayındırı satmaq planları fonunda təcrübəli qapıçı axtarır.
30 yaşlı Qann “Nottingem Forest”dən pulsuz transferlə ayrılsa da, Şotlandiyanın dünya çempionatı oyunlarının hər üçündə: Haiti, Mərakeş və Braziliyaya qarşı heyətdə meydana çıxıb. Qann “Mançester Siti” akademiyasından keçib, hazırda “Yunayted”in idman direktoru olan Ceyson Uilkoks “şəhərlilər”in məşqçisi və daha sonra klub akademiyasının rəhbəri olub.
