İtaliyanın "İnter" klubu ilə İspaniyanın "Betis" klubu arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, "Nerazzurri" 1:0 hesabı ilə qalib gəldi.
"İnter"in müdafiəçisi Con Stounz matçın yeganə qolunu 82-ci dəqiqədə vurub.
"İnter" ötən mövsüm İtaliya çempionu olub. Komanda 38 oyunda 87 xal qazanıb. Yeni Serie A mövsümünün ilk turunda "Nerazzurri" 22 avqustda "Montsa"nı qəbul edəcək.
"Betis" İspaniya liqasında 38 oyunda 60 xalla beşinci yeri tutub.
