"Qarabağ"ın keçmiş hücumçusu Kamilo Duran "Seltik"in heyətində ilk rəsmi oyununda qol vurub. Onun klubu Şotlandiya Liqa Kubokunun 1/8 final mərhələsində "Dandi Yunayted"i 4:0 hesabı ilə məğlub edib.
İdman.Biz-in məlumatına görə, Duran qolu 24-cü dəqiqədə, Ostin Trasti hesabı açdıqdan iki dəqiqə sonra vurub.
Fasilədən sonra "Seltik" daha iki qol vurdu. 54-cü dəqiqədə Sebastian Tunekti komandasının üstünlüyünü üç qola çatdırdı, 63-cü dəqiqədə isə Benjamin Nüqren hesabı 4:0 edib.
Beləliklə, Duran "Seltik"də ilk rəsmi qolunu vurdu. O, əvvəllər Şotlandiya klubunda mövsümöncəsi oyunlarda qol vurmuşdu.
Duran bu yay "Seltik"ə "Qarabağ"dan qoşulub.
