DÇ-2026: Kot-d'İvuar pley-offa yüksəlir - YENİLƏNİB+ VİDEO

26 İyun 2026 01:58
761
DÇ-2026: Kot-d'İvuar pley-offa yüksəlir

Kot-d'İvuar - Kürasao matçı başa çatıb.

İdman.Biz bildirir ki, Afrika təmsilçisi 2:0 hesabı ilə qələbə qazanıb. Bununla da ivuarlılar 1/16 finala vəsiqə qazanıblar. Burada onların rəqibi I qrupunun ikincisi - yəni, İngiltərə və ya Qana millilərindən biri olacaq.

Kürasao isə 1 xal toplayaraq debüt mundialını qrup sonuncusu kimi başa vurub.

01:27

Kot-d'İvuar - Kürasao matçında ikinci qol vurulub.

İdman.Biz bildirir ki, 64-cü dəqiqədə Nikolya Pepe ikinci qoluna imza atıb.

01:07

Kot-d'İvuar - Kürasao matçında ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra Afrika təmsilçisi irəlidədir - 1:0.

00:51

Kot-d'İvuar - Kürasao matçında birinci yarı bitib.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra Afrika təmsilçisi irəlidədir - 1:0.

00:09

Kot-d'İvuar - Kürasao matçında erkən qol vurulub.

7-ci dəqiqədə Nikolya Pepe afrikaıları irəli çıxarıb.

00:00

Futbol üzrə dünya çempionatının E qrupunda mübarizəyə yekun vurulur.

İdman.Biz bildirir ki, son turda Kürasao və Kot-d'İvuar milliləri üz-üzə gəlirlər.

Matç Filadelfiya şəhərindəki “Lincoln Financial Field” stadionunda keçirilir. Oyunun baş hakimi isveçli Qlenn Nüberqdir.

Kürasao iki oyundan bir xal qazanaraq E qrupunda dördüncü yerdədir. Komanda debüt matçında Almaniyaya uduzub – 1:7, ikinci oyunda isə Ekvadorla heç-heçəyə nail olub – 0:0.

Kot-d'İvuar isə üç xalla ikinci yerdədir. İvuarlılar turnirdəki ilk qarşılaşmada Ekvadoru (1:0) məğlub ediblər, ikinci oyunda isə almanlara 1:2 hesabı ilə məğlub olublar.

İdman.Biz