CAR millisi DÇ-2026-da A qrupunun üçüncü turunda Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
İdman.Biz-in OptaJose-yə istinadən məlumatına görə, CAR millisi dünya çempionatının pley-off mərhələsinə yüksələn yeddinci Afrika komandası olub.
Daha əvvəl Nigeriya, Mərakeş, Seneqal, Qana, Kamerun və Əlcəzair komandaları oxşar nailiyyətlər əldə etmişdilər.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentinadır.
