“Real Madrid”in keçmiş hücumçusu, hazırda Qətərin “Əl-Qarafa” klubunda oynayan Xoselu, İker Kasilyasın podkastında Qətər klubuna keçidinin son dərəcə ağır olduğunu etiraf edib.
İdman.Biz bildirir ki, hücumçu həmçinin titullar uğrunda mübarizə və düşməmək urğunda mübarizənin təzyiqini müqayisə edərək, həmişə birincisini üstün tutduğunu bildirib.
“Real Madrid”dən ayrılmaq qərarı ömrümün sonuna qədər mənə ağır təsir edəcək, çünki orada yaşadıqlarımı bir daha heç vaxt yaşamayacağam. Amma uşaqlarım, həyat yoldaşım və onların gələcəyi haqqında düşünmək mənim üçün hazırda hər hansı bir idman məsələsindən daha vacibdir”, - Xoselu “Bajo los Palos” podkastında deyib.
Xoselu 2023/2024 mövsümündə “Real Madrid”də oynayıb, 49 matçda 18 qol vurub və klubla Çempionlar Liqasını, La Liqanı və İspaniya Superkubokunu qazanıb.
