Kukurelya: “Ümid edirəm Enzo Fernandes “Real”a keçəcək”

26 İyun 2026 00:45
77
Kukurelya: “Ümid edirəm Enzo Fernandes “Real”a keçəcək”

“Real Madrid”in müdafiəçisi Mark Kukurelya “Çelsi”dən keçmiş komanda yoldaşı və yarımmüdafiəçisi Enzo Fernandezin İspaniya nəhənginə transfer olunacağına ümid etdiyini bildirib.

İdman.Biz xəbər verir ki, mediada daha əvvəl “Los Blancos”un 2022-ci il dünya çempionatının qalibi ilə maraqlandığı bildirilmişdi.

“O, əla oyunçu və mənim dostumdur. Enzo məni transferim münasibətilə təbrik etdi. Ümid edirəm ki, bu [Fernandezin “Real Madrid”ə keçidi] baş tutacaq. Çox xoşbəxt olardım. “Çelsi”də xoşbəxt idik, amma eyni yay ərzində “Real Madrid”lə transfer etmək imkanı... Ümid edirəm ki, şanslı olacaq və “Real Madrid” oyunçusu olacaq”, - deyə “Marca” Kukurelyadan sitat gətirib.

Fernandez 2023-cü ilin yanvar ayından “Çelsi”dədir. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

İdman.Biz