“İnter” Niko Pasla maraqlanır

26 İyun 2026 00:24
83
“İnter” Niko Pasla maraqlanır

“İnter” “Komo”nun yarımmüdafiəçisi Niko Pası transfer etmək üçün işə başlayıb.

İdman.Biz bu barədə jurnalist Canluka Di Marzioya istinadən bildirir.

Mənbənin məlumatına görə, “Los Blancos” 21 yaşlı futbolçu üçün “Komo”dan başqa istənilən klubdan 70 milyon avro tələb edəcək. “Komo”ya isə onu 60 milyon avroya satmaq istəyirlər. Vurğulanır ki, “İnter” Pas üçün 50 milyon avro təklif edə bilər. Bu məbləği əvvəllər “Atalanta”nın futbolçusu Marko Palestraya xərcləməyi düşünürdülər.

Niko Pas “Komo”ya 2024-cü ilin yayında “Real Madrid”in gənclər komandasından qoşulub.

İdman.Biz