İspaniya “Barselona” futbol klubunun sabiq hücumçusu Robert Levandovski klubun rəsmi saytında əfsanələr bölməsinə əlavə edilib.
İdman.Biz xəbər verir ki, bu barədə məlumat klubun rəsmi veb-saytında da yer alıb.
Hazırda MLS-də “Çikaqo Fayr”ın formasını geyinən polşalı futbolçu bununla da Kataloniya klubunun tarixində ən böyük iz qoymuş oyunçuların siyahısına düşüb.
Bu bölmədə Lionel Messi, Xosep Qvardiola, Dieqo Maradona, Yohan Kroyff və “Barselona”nın, eləcə də dünya futbolunun digər əfsanələri də yer alır.
Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edib. Ümumilikdə hücumçu kataloniyalıların heyətində bütün turnirlərdə 193 matça çıxıb, 120 qol vurub və 24 məhsuldar ötürmə edib.
Polşalı futbolçu “Barselona” ilə üç dəfə İspaniya çempionu olub, ölkə kubokunu və üç dəfə İspaniya Superkubokunu qazanıb.
