“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk “Monako” ilə yoxlama oyunundan (2:3) sonra komandanın yeni baş məşqçisi Andoni İraolanın rəhbərliyi altında çalışmağı barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, təcrübəli müdafiəçi bu barədə “Liverpul” klubunun mətbuat xidmətinə danışıb.
“İş prosesi əla gedir. Onun klubdakı ilk həftəsində çox yaxşı söhbətimiz oldu. Əsas məsələ odur ki, o, mənim nə olursa-olsun işləməyə hazır olduğumu başa düşsün. Bunu ona artıq demişəm. Ümid edirəm ki, yeni mövsümdə uğur qazanacağıq. Bunun üçün çalışırıq.
Arne Slott və onun məşqçilər heyəti haqqında pis heç nə deyə bilmərəm. Çox yaxşı vaxt keçirdik. Sadəcə, ötən mövsüm bizim üçün o qədər də uğurlu alınmadı. İndi isə yeni məşqçimiz və yeni hazırlıq metodlarımız var. Buna görə də bütün bunlara uyğunlaşmalıyıq.
Arnenin rəhbərliyi altında işləmək mənim xoşuma gəlirdi və əminəm ki, yeni məşqçi ilə işləmək də xoşuma gələcək”, - deyə van Deyki bildirib.
Qeyd edək ki, Andoni İraola 4 iyun 2026-cı ildə “Liverpul”un baş məşqçisi təyin olunub. O, “Liverpul”da Arne Slotu əvəz edib. İraola 2 illik müqavilə imzalayıb və sözləşməsi 2027/28 mövsümünün sonuna qədər qüvvədədir.
