Aşağı yaş qruplarında yeni baş məşqçilər kimlərdir?

10 Avqust 2026 10:55
168
Aşağı yaş qruplarında yeni baş məşqçilər kimlərdir?

Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında baş məşqçi təyinatları reallaşıb.

İdman.Biz futbolinfo.az-a istinadla xəbər verir ki, AFFA təyinatları hələ rəsmən açıqlamasa da, dörd yaş qrupunda yığmanın baş məşqçisi müəyyənləşib.

İddialara görə, U-20 və U-21 milli komandaları istisna olmaqla, digər yaş qruplarında baş məşqçi dəyişikliyi baş verib. U-21 yığmasına Rəşad Eyyubov rəhbərlik edəcək. Dünya çempionatına hazırlaşan U-20 millisi isə portuqaliyalı mütəxəssis Rui Jorjeyə həvalə olunub.

Yeni təyinatlara əsasən, U-18 millisinin baş məşqçisinin Mahmud Qurbanov olacağı deyilir.

U-19 yığmasına isə “Şəfa”nı Azərbaycan Premyer Liqasına yüksəltdikdən sonra klubdan ayrılan Elgiz Kərəmli rəhbərlik edəcək.

U-17 millisində Aqil Nəbiyevin yerinə onun əvvəlki köməkçisi Emin Mustafayev baş məşqçi təyin olunacaq.

Bu ilin payızında Azərbaycanda keçiriləcək U-15-lər üzrə dünya çempionatında iştirak edəcək millini isə Aleksandr Qross çalışdıracaq.

U-14 və daha aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə bağlı isə hələ yekun qərar verilməyib. Bildirilir ki, bütün yaş qrupları üzrə məşqçilər müəyyənləşdirildikdən sonra AFFA tərəfindən rəsmi açıqlama veriləcək.

İdman.Biz