“Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ikinci oyununa çıxdı

10 Avqust 2026 12:38
157
“Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ikinci oyununa çıxdı

“Qarabağ” futbol klubunun sabiq futbolçusu Kamilo Duran Şotlandiya Premyer Liqasında ikinci oyununu keçirib.

İdman.Biz xəbər verir ki, kolumbiyalı hücumçu “Seltik”in heyətində II turda səfərdə “Kilmarnok”a qarşı meydana çıxıb.

Duran qarşılaşmaya start heyətində başlayıb. “Seltik” görüşdən 5:1 hesabı ilə qalib ayrılıb.

Qonaqların heyətində Kasper Höq het-trik edib. Digər qolları Benjamin Nüqren və Luk MakKouen vurublar. “Kilmarnok”un yeganə qoluna isə Maykl Şönninq-Larsen imza atıb.

Bu nəticədən sonra “Seltik” 2 turdan 6 xalla Şotlandiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, Kamilo Duran ilk turda “Dandi” ilə matçda da əsas heyətdə meydana çıxıb. Həmin görüş “Seltik”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, 24 yaşlı futbolçu bu yay “Qarabağ”dan “Seltik”ə keçib və Şotlandiya klubu ilə 5 illik müqavilə imzalayıb.

İdman.Biz