“Sabah”ın rəqibi Bakıya gəlib - VİDEO

10 Avqust 2026 12:08
164
“Sabah”ın rəqibi Bakıya gəlib - VİDEO

Danimarkanın “Orhus” futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirəcəyi cavab oyunu üçün Bakıya gəlib.

İdman.Biz xəbər verir ki, komandalar arasında cavab qarşılaşması avqustun 11-də, saat 20:00-da Bank Respublika Arenada keçiriləcək.

Cütün ilk matçı Danimarkada baş tutub. Görüşdə “Orhus” 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, “Sabah” növbəti mərhələyə yüksəlmək üçün Bakıda ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. Azərbaycan təmsilçisi bir top fərqi ilə qalib gələrsə, cütün taleyi əlavə vaxtda, lazım olduğu halda penaltilər seriyasında müəyyənləşəcək.

İdman.Biz