“Mançester Yunayted” "Borussiya Dortmund"un yarımmüdafiəçisi Feliks Nmeçaya olan marağını artırıb.
İdman.Biz-in Sky Sport Germany-ya istinadən məlumatına görə, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunun ətrafındakılarla sıx əlaqədədirlər,
Mənbənin məlumatına görə, “Real Madrid”, “Liverpul” və “Mançester Siti” də yarımmüdafiəçini izləyir. Premyer Liqaya keçid gələcək üçün real variant hesab olunur. Nmeça hazırda “Borussiya Dortmund”da özünü rahat hiss edir və dünya çempionatına diqqət yetirir.
Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
