Türkiyə Superliqasında ilk turun oyunları keçirilib.
İdman.Biz bildirir ki, “İstanbul Başakşehir” “Kocaelispor”u qəbul edib.
Matç 2:0 hesabı ilə İstanbul klubunun xeyrinə bitib. Qolları Kristofer Operi (14) və Eldor Şomurodov (72) vurublar.
Turun digər matçında “Amed” “Ərzurumspor”u qəbul edib. Matç 3:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qolları Dia Seba (53, 62) və Gökhan Gül (70) vurublar.
Nəriman Axundzadə bu matçda “Erzurumspor” heyətində debüt edib. “Qarabağ”ın keçmiş futbolçusu 75-ci dəqiqədə əvəzetmədən meydançaya çıxıb.
Ötənilki bürünc mükafatçı “Beşiktaş” isə “Eyüpspor”u qonaq edib. Matç 1:0 “Beşiktaş”ın qələbəsi ilə qurtarıb. Matçda yeganə qola 25-ci dəqiqədə Vatslav Çernı imza atıb.
