İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Qavi “Real Madrid”in baş məşqçisi Joze Mourinyo və öz çalışdırıcısı Hans-Diter Flik haqqında fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu ESPN-ə müsahibəsində Mourinyonun sərt açıqlamalarının ona mənfi təsir göstərmədiyini bildirib.
“Xeyr, onun danışması xoşuma gəlir. Belə açıq danışan məşqçiləri bəyənirəm”, - deyə Qavi portuqaliyalı mütəxəssis haqqında söyləyib.
Yarımmüdafiəçi Flikin iş prinsiplərinə də toxunub. Onun sözlərinə görə, almaniyalı məşqçi əvvəlcədən müəyyənləşdirilən planlara və futbolçuların bərpasına xüsusi əhəmiyyət verir.
Qavi bildirib ki, Flik məşq və istirahət rejiminin pozulmasını sevmir. O, xüsusilə sıx oyun təqvimi dövründə futbolçuların fiziki vəziyyətini diqqətlə izləyir.
Qeyd edək ki, açıqlamalar “Barselona” və “Real Madrid” arasında keçiriləcək “El-Klasiko” ərəfəsində səslənib.
