“Barselona” “Siti” ilə Rodrinin keçidini razılaşdırıb

17 Avqust 2026 00:11
110
“Barselona” “Siti” ilə Rodrinin keçidini razılaşdırıb

İspaniya millisinin yarımmüdafiəçisi və kapitanı Rodri "Mançester Siti"dən "Barselona"ya keçəcək.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Fabritsio Romano bu barədə özünün X sosial media hesabında məlumat verib.

İnsayderin məlumatına əsasən, klublar 2024-cü il "Qızıl top" mükafatının sahibinin transfer şərtləri barədə razılığa gəliblər.

Rodri 2019-cu ilin yayından bəri "Mançester Siti"də oynayır. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 33 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz