Globo-nun məlumatına görə, Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının G qrupunun Misir və İran arasında keçiriləcək oyununda LGBT bayraqlarından istifadəyə icazə verib.
İdman.Biz xəbər verir ki, oyun 27 iyun şənbə günü Sietldəki “Lumen Field” stadionunda keçiriləcək.
Mənbənin məlumatına görə, təşkilat komandalarının iştirak edəcəyi hər iki ölkənin etirazlarına baxmayaraq, bu matçda LGBT simvollarının nümayişinə icazə verəcəyini təsdiqləyib. Həm İran, həm də Misirdə eynicinsli münasibətlər cinayət hesab edilir.
