Müdafiəçi Mark Kukurelyanın həyat yoldaşı Klaudiya Rodriges ərinin “Real Madrid”ə keçidindən sonra ölüm təhdidləri ilə üzləşdiyini bildirib.
İdman.Biz bu barədə “A Bola”ya istinadən xəbər verir.
Oyunçunun həyat yoldaşı sosial mediada ölüm təhdidləri də daxil olmaqla çoxsaylı təhdid mesajları alıb. Bu mesajların bəzilərinin artıq hüquq-mühafizə orqanlarına bildirildiyi bildirilir.
“Barselona”da yetişən Kukurelya əvvəllər bəzi azarkeşlərin əzəli rəqibinə keçidi ilə bağlı narazılığını başa düşdüyünü, lakin sərhədləri aşmağı və ailəsinə qarşı təhdidlər etməyi qəbuledilməz hesab etdiyini bildirmişdi. O, həmçinin qeyd edib ki, “Real Madrid” klubuna “yox” demək çətindir.
Kukurelya ötən mövsüm “Çelsi”də bütün turnirlərdə 50 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
