“Atletiko Madrid” klubu Xulian Alvares və onun ətrafındakılara qarşı hərəkətlərinə görə “Barselona”ya qarşı şikayət ərizəsi təqdim etməyi və tədbir görməyi nəzərdən keçirəcək.
İdman.Biz bildirir ki, argentinalı futbolçu daha əvvəl “Atletiko”dan ayrılmaq istədiyini bildirib.
“Bu, hər kəs üçün ən yaxşısı olardı - mən bunu artıq klubdakı insanlarla müzakirə etmişəm. Arzumu gerçəkləşdirmək istəyirəm”, - Alvares deyib.
“Marca”nın məlumatına görə, Madrid klubu oyunçunun danışmaq istəyindən xəbərdar idi - media Alvaresin planlarını müsahibəsindən bir neçə saat əvvəl öyrənmişdi. Lakin klub oyunçunun “arzu” dedikdə nəyi nəzərdə tutduğunu aydınlaşdıra bilmir.
“Atletiko Madrid” katalonlar Alvareslə bağlı mübarizəni davam etdirsə, yenə də 500 milyon avroluq satın alma bəndində israr edəcək.
