Xulian Alvares: “Gələcəyim üçün ən yaxşısı transferdir”

23 İyun 2026 05:15
93
Xulian Alvares: “Gələcəyim üçün ən yaxşısı transferdir”

“Atletiko Madrid”in və Argentina milli komandasının hücumçusu Xulian Alvares yay transfer pəncərəsində klubunu dəyişmək istədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 27 yaşlı hücumçu ötən mövsüm “Atletiko Madrid”də 52 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

“Arzumu gerçəkləşdirmək istəyirəm. Danışmalı olduğum klubdakı insanlarla danışdım. Gələcəyim üçün ən yaxşı şey transferdir”, - deyə ESPN Argentina Alvaresdən sitat gətirir.

Oyunçuya daha əvvəl “Barselona” və digər Avropa klubları tərəfindən maraq ifadə edilib. Alvares hazırda komandanın pley-off mərhələsinə yüksəldiyi 2026-cı il dünya çempionatında Argentina milli komandasındadır. Argentinanın növbəti oyunu 28 iyunda İordaniyaya qarşı olacaq.

İdman.Biz