Martin Demikelis “RB Leypsiq”in baş məşqçisi təyin olunub

22 İyun 2026 21:01
80
Martin Demikelis “RB Leypsiq”in baş məşqçisi təyin olunub

“RB Leypsiq” yeni baş məşqçisi vəzifəsinə Martin Demikelisi təyin edib.

İdman.Biz bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı argentinalı mütəxəssis klubla 2028-ci ilə qədər müqavilə imzalayıb.

Demikelis “Leypsiq”in baş məşqçisi vəzifəsində Ole Verneri əvəz edəcək.

Oyunçu kimi Demikelis “Bavariya” ilə dörd Almaniya çempionluğu, “Mançester Siti” ilə iki Premyer Liqa titulunu və iki Liqa Kubokunu qazanıb. O, həmçinin Argentina millisində 51 oyun keçirib. Məşqçi kimi o, “Bavariya”nın ikinci komandasında çalışıb, həmçinin “River Pleyt” və “Monterrey”i də çalışdırıb.

İdman.Biz