“Ayaks” “Barselona”nın müdafiəçisi Torrentsi icarəyə götürmək istəyir

22 İyun 2026 20:31
87
“Ayaks” “Barselona”nın müdafiəçisi Torrentsi icarəyə götürmək istəyir

“Barselona” növbəti mövsüm üçün müdafiəçi heyətini formalaşdırmaq üzərində işləyir. Həll olunmamış suallardan biri də 19 yaşlı "Barselona" akademiyasının məzunu Xofre Torrentsin gələcəyidir.

İdman.Biz-in “Mundo Deportivo”ya istinadən məlumatına görə, katalonlar müdafiəçini icarəyə göndərmək niyyətindədirlər və əsas namizəd “Ayaks”dır.

Ötən yay Torrents “Blaugrana”nın böyüklər komandasında məşq etmiş və məşqçi Hansi Flikin rəhbərliyi altında debüt etmişdi. Lakin müdafiəçi sol ayaq biləyindən aldığı zədə səbəbindən mövsümün demək olar ki, bütün ikinci yarısını buraxmışdı. “Barselona” rəhbərliyi ümid edir ki, zəmanətli oyun təcrübəsi olan bir komandaya icarəyə veriləcək transfer oyunçunun gələcək inkişafına kömək edəcək.

“Ayaks”ın baş məşqçisi Mişel Sançes şəxsən Torrentsin transferində maraqlıdır.

İdman.Biz