“Mançester Yunayted” yeni stadionun tikintisi üçün torpaq sahəsi aldığını açıqlayıb

22 İyun 2026 19:15
85
“Mançester Yunayted” yeni stadionun tikintisi üçün torpaq sahəsi aldığını açıqlayıb

“Mançester Yunayted” sosial media səhifəsində 100.000 tamaşaçı tutumuna malik yeni stadionun tikintisi üçün torpaq sahəsi aldığını elan edib.

İdman.Biz bildirir ki, Mançester klubu Böyük Britaniyanın ən böyük idman arenası olacaq yeni stadionunun tikintisi üçün lazım olan torpaq sahəsinin əksəriyyətini əldə edib.

Sahə 25 akr (101.000 kvadrat metr) ərazini əhatə edir. O, hazırkı “Old Trafford” stadionundan təxminən 350 metr şimal-qərbdə yerləşir və "Indurent"dən alınıb.

Gələcək stadionun tutumu 100 min tamaşaçı olmalıdır.

“Mançester Yunayted”in hazırkı stadionu “Old Trafford” 1910-cu ildə inşa edilib və bir neçə dəfə təmir olunub. Arenanın tutumu 74.000 nəfərdir.

İdman.Biz