Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretska karyerasını MLS təmsilçisi “Çikaqo Fayr”da davam etdirə bilər.
İdman.Biz bu barədə jurnalist və insayder Tom Bogertə istinadən bildirir.
Futbolçu daha əvvəl “Bavariya”dan ayrılmışdı və əgər İllinoys klubuna keçərsə, “Barselona”nın keçmiş hücumçusu Robert Levandovskinin komanda yoldaşı ola bilər. Avropa klubları da vəziyyəti izləyir.
31 yaşlı Leon Qoretska 2018-ci ildən bəri "Bavariya"da oynayırdı. O, klubla birlikdə yeddiqat Almaniya çempionu, Almaniya Kubokunun üçqat qalibi, Almaniya Superkubokunun dördqat qalibi, Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Kubokunun qalibi olub.
