Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar milli komandadakı karyerasını başa vurduğunu təsdiqləyib.
İdman.Biz IANS-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Santos”un Venesuelanın “Universidad Central” komandası üzərində 4:2 hesablı qələbəsindən sonra yığmadakı gələcəyi barədə danışıb.
Neymar Braziliya millisindəki dövrünün artıq başa çatdığını bildirib:
“Milli komandadakı vaxtım bitib. Tarix yazdım, çox xoşbəxt oldum, Braziliya üçün qanımı, həyatımı verdim və həmişə sarı formanı qorumaq üçün mübarizə apardım. Amma artıq davam etmək istəmirəm”.
Hücumçu milli komandadan ayrılmaq qərarını ilk dəfə 5 iyulda DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra açıqlamışdı.
Xatırladaq ki, Neymar Braziliya millisində debütünü 2010-cu ildə edib. Hücumçu yığmada 130 oyun keçirib və 80 qol vuraraq milli komandanın ən məhsuldar futbolçusu olub.
