Rəşad Sadıqov: “Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”

29 İyul 2026 15:16
108
Rəşad Sadıqov: “Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”

"Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Payde"yə (Estoniya) qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

İdman.Biz-in məlumatına görə, o, ilk matçdakı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasının növbəti mərhələyə yüksəlmək üçün bütün imkanlarını səfərbər edəcəyini deyib.

"İlk oyunda 0:1 hesabı ilə uduzmuşuq. Sabah əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq", - deyə Sadıqov bildirib.

Təcrübəli mütəxəssis rəqibi də yüksək qiymətləndirib:

"Bu mərhələdə zəif rəqib olmur. "Payde" təcrübəli komandadır, baş məşqçiləri də kifayət qədər təcrübəyə malikdir. Onların hansı planla meydana çıxacağını bilmirik. Buna baxmayaraq, əsas məqsədimiz öz oyunumuzu nümayiş etdirməkdir".

Qeyd edək ki, "Zirə" - "Payde" cavab qarşılaşması sabah saat 20:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Estoniyada baş tutan ilk oyunda "Payde" 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz