Samir Abasova xaricdən təklif gəlib

29 İyul 2026 15:21
115
Samir Abasova xaricdən təklif gəlib

Azərbaycanın “Neftçi” futbol klubundan ayrılandan sonra işsiz olan sabiq baş məşqçisi Samir Abasova yeni təklif gəlib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, məşqçi karyerası ərzində “Sumqayıt”, “Zirə” və “Neftçi” kimi klubları çalışdırmış 48 yaşlı mütəxəssis bu dəfə ölkə xaricinə yollanmağa yaxındı.

Bildirilib ki, ona Şərqi Avropa ölkələrinin birinin elitasında çıxış edən klubun “sükanı arxasına” keçmək təklif olunub. Artıq bu barədə tərəflər arasında ilkin danışıqlar da baş tutub.

Abasov düşünmək üçün qarşı tərəfdən vaxt istəyib. Yaxın bir həftə ərzində bütün suallara aydınlıq gəlməlidir.

Qeyd edək ki, “Neftçi” sonuncu dəfə məhz sumqayıtlı mütəxəssisin rəhbərliyi altında çempionluq sevinci yaşayıb. “Sumqayıt”da işlədiyi dönəmdə isə komanda Konfrans Liqasına vəsiqə qazanıb.

İdman.Biz