“Qarabağ” cavab oyunu üçün Bolqarıstana yola düşüb - FOTO

29 İyul 2026 16:23
118
“Qarabağ” cavab oyunu üçün Bolqarıstana yola düşüb - FOTO

“Qarabağ” futbol klubu UEFA Avropa Liqası ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bolqarıstanda “CSKA Sofia”nın qonağı olacaq.

İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu gün oyun üçün Sofiyaya yola düşüb.

Qeyd edək ki, “CSKA Sofia” - “Qarabağ” qarşılaşması iyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar arasında Bakıda baş tutan ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

İdman.Biz