“Zirə”nin futbolçusu: “Bu dəfə daha ciddi hazırlaşmışıq”

29 İyul 2026 15:23
114
“Zirə”nin futbolçusu: “Bu dəfə daha ciddi hazırlaşmışıq”

“Zirə”nin futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Payde”yə (Estoniya) qarşı keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, braziliyalı müdafiəçi bu barədə matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında danışıb.

Renato ilk qarşılaşmada istədikləri nəticəni əldə edə bilmədiklərini, lakin oyun baxımından üstün olduqlarını bildirib:

“İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, üstün tərəf biz idik. Bu dəfə daha ciddi hazırlaşmışıq. Mərhələni keçən tərəf olmaq istəyirik”.

Qeyd edək ki, “Zirə” - “Payde” cavab qarşılaşması iyulun 30-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Estoniyada baş tutan ilk oyunda “Payde” 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz