Tomas Müller MLS-in “Ulduzlar matçı”nda yeni rekorda imza atıb - VİDEO

29 İyul 2026 14:00
117
Tomas Müller MLS-in “Ulduzlar matçı”nda yeni rekorda imza atıb - VİDEO

Kanadanın “Vankuver Uaytkeps” futbol komandasının almaniyalı hücumçusu Tomas Müller MLS-in “Ulduzlar matçı” çərçivəsində keçirilən zərbə dəqiqliyi yarışında rekord müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, 36 yaşlı futbolçu 60 saniyə ərzində 79 xal toplayaraq yarışın qalibi olub.

Müller bununla ötən il Evanderin müəyyənləşdirdiyi rekordu geridə qoyub. Braziliyalı futbolçu həmin vaxt 72 xal toplayıb.

İdman.Biz