PSJ “Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandeş və hücumçusu Krisensio Sammervill ilə maraqlanır.
İdman.Biz bu barədə Footmercato-ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hər iki oyunçu “Vest Hem”in İngiltərə Premyer Liqasından düşməsindən sonra transfer üçün əlçatan olub. London klubu Fernandeş və Sammervilli ümumilikdə 130 milyon avro dəyərində qiymətləndirir. PSJ hələlik konkret təklif verməyib.
Ötən mövsüm Fernandeş bütün yarışlarda 42 oyun keçirib, beş qol vurub və beş məhsuldar ötürmə edib. Sammervill isə 34 oyun keçirib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib.
