İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi və “İnter Mayami”nin həmsahibi Devid Bekhem Hollivud Şöhrət Xiyabanında ulduz alıb.
İdman.Biz bildirir ki, tədbirdə Bekhemə həyat yoldaşı Viktoriya və uşaqları da qoşulub.
“Bütün bunlar olduqca qeyri-real hiss olunur. Karyeramda çoxlu heyrətamiz anlar yaşamışam, amma Los-Ancelesdə dünyaca məşhur Şöhrət Xiyabanında ulduz almaq həqiqətən inanılmazdır.
Mən həmişə xəyalpərəst olmuşam, amma heç vaxt təsəvvür etməzdim ki, mənim kimi fəhlə sinfindən olan bir futbolçuya belə bir şərəf nəsib olacaq...
Amerika idmanının ambisiyalarını və miqyası xoşuma gəlir”, - jurnalist Ben Ceykobs Bekhemin dediyi sözləri sitat gətirir.
