“Mançester Yunayted” “İnter”in hücumçusunu izləyir

10 İyun 2026 01:14
92
“Mançester Yunayted” “İnter”in hücumçusunu izləyir

"İnter"in hücumçusu Françesko Pio Esposito bir neçə İngiltərə Premyer Liqa klubunun marağına səbəb olub.

İdman.Biz-in TEAMtalk-a istinadən verdiyi məlumata görə, “Mançester Yunayted” 20 yaşlı hücumçuya xüsusi maraq göstərir.

Mənbənin məlumatına görə, “Mançester Yunayted” skautları İtaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Lüksemburq və Yunanıstana qarşı son oyunlarını izləyiblər. Esposito hər iki matçda start heyətində yer alıb və qol vurub.

“Mançester Yunayted” inanır ki, italyan oyunçu gələcəkdə yüksək səviyyəli hücumçu olmaq üçün lazım olan bütün keyfiyyətlərə malikdir.

“Qırmızı şeytanlar”dan əlavə, “Arsenal”, “Tottenhem”, “Çelsi” və Fransanın “Strasburq” klubu oyunçunu yaxından izləyir.

Ötən mövsüm Espositonun karyerasının ən yaxşı mövsümlərindən biri olub. O, “İnter”də 10 qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, hücumçunun bazar dəyəri 45 milyon avrodur.

İdman.Biz