Macarıstan və Qazaxıstan arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, Macarıstan 3:1 hesablı qələbə qazanıb. Oyun Macarıstanın Debretsen şəhərindəki “Nagyörgyi” stadionunda keçirilib.
Sergey Malıy doqquzuncu dəqiqədə Qazaxıstanı irəli çıxarıb. Dominik Soboslai 52-ci dəqiqədə bərabərlik qolunu vurub. Andras Şafer 67-ci dəqiqədə Macarıstan komandasının ikinci qolunu vurub. Raymund Tot 90+3-cü dəqiqədə fərqlənib.
Hər iki komanda seçmə mərhələdən sonra 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib.
