“Şalke 04” qapıçısı Loris Kariusla müqaviləni uzadıb

9 İyun 2026 20:31
81
“Şalke 04” qapıçısı Loris Kariusla müqaviləni uzadıb

Gelzenkirxenin “Şalke 04” klubu rəsmi saytında qapıçı Loris Kariusla müqaviləsini uzatdığını açıqlayıb.

İdman.Biz bildirir ki, oyunçunun klubla yeni müqaviləsi 2028-ci ilin yayına qədərdir.

“Ötən mövsüm birlikdə, birləşərək və diqqətimizi cəmləyərək çalışdığımız zaman komanda olaraq nələrə nail ola biləcəyimizi göstərdi. Buna görə də müqaviləmi uzatmaq qərarına gəldim. Yeni mövsümü və Bundesliqaya qayıtmağı səbirsizliklə gözləyirəm”, - Karius alman klubunun rəsmi saytında bildirib.

Loris Karius 2025-ci ilin yanvar ayından bəri “Şalke 04”də çıxış edir. O, ötən mövsüm 31 matçda 13 dəfə qapısını toxunulmaz saxlayıb. Komanda həmin mövsümdən sonra Bundesliqaya yüksəlib.

İdman.Biz