Londonun “Arsenal”ı 18 yaşlı sol cinah müdafiəçisi Emmanuel Mbembanı “Pari Sen-Jermen” klubunun gənclər komandasından pulsuz transfer etmək istəyir.
İdman.Biz-in “Le Parisien”ə istinadən məlumatına görə, oyunçu ilk peşəkar müqavilə təklif olunmasına baxmayaraq, Paris klubundan ayrılmağa yaxındır.
Mənbənin məlumatına görə, Mbembanın PSJ ilə müqaviləsi bu yay başa çatır və “Arsenal” təklifini irəli sürüb. İngiltərə çempionu ötən mövsüm onu bir neçə dəfə nəzərdən keçirdiyi bildirilir.
Lakin, gənc fransız oyunçunun İngiltərə Premyer Liqasında oynamaq üçün lazımi milli oyunları yoxdur və bu, transfer baş tutarsa, “topçular”ın onu başqa liqaya icarəyə verməsinə səbəb ola bilər.
