“Liverpul”un keçmiş baş məşqçisi Arne Slot “Fulhem”də analoji vəzifə tutmaq təklifini rədd edib.
İdman.Biz bu barədə talkSPORT-a istinadən məlumat verir.
London klubu Lissabonun “Benfika” komandasını çalışdıracağı ehtimal olunan Marko Silvanın yerinə yeni menecer axtarır. “Fulhem” ötən mövsüm İngiltərə Premyer Liqasında 52 xal qazanaraq 11-ci yeri tutub.
Slot 2024-cü ilin yayından bəri mersisaydlılara rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Liverpul” 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının titulunu qazanıb. Ötən mövsüm “qırmızılar” 60 xal qazanaraq liqa turnir cədvəlində beşinci yeri tutub. “Liverpul”a təyin olunmazdan əvvəl Slot “Feyenoord”a rəhbərlik edirdi.
@idman.biz "Liverpul"un keçmiş baş məşqçisi Arne Slot "Fulhem"də analoji vəzifə tutmaq təklifini rədd edib. İdman.Biz bu barədə talkSPORT-a istinadən məlumat verir. #futbol⚽️ arneslot liverpoolfc #arneslot🐐
♬ original sound - Idman və Biz - Idman və Biz
