“Atletiko Madrid”in hücumçusu Xulian Alvares “blauqrana”da oynamaq istəyinə baxmayaraq, “Barselona”ya transfer olunmaq üçün təkid etməyəcək.
İdman.Biz-in “Cadena Ser”ə istinadən məlumatına görə, 2022-ci il dünya çempionunun Kataloniya klubuna keçidi hazırda dalana dirənib.
Mənbənin məlumatına görə, “Atletiko” Alvaresin gələn mövsüm klubda qalacağına o qədər əmindir ki, onlar artıq heyətini onun hücumçu kimi performansı ətrafında qururlar.
View this post on Instagram
