FIFA referilərimiz milli komandaların yoldaşlıq oyunlarına təyinat alıblar

5 İyun 2026 16:30
98
FIFA referilərimiz milli komandaların yoldaşlıq oyunlarına təyinat alıblar

FIFA referiləri Əliyar Ağayev və Tural Qurbanov milli komandaların beynəlxalq yoldaşlıq oyunlarına təyinat alıblar.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Əliyar Ağayev Minskdə keçiriləcək Belarus - Suriya matçını idarə edəcək. Belarus millisinin stadionda baş tutacaq görüşdə Zeynal Zeynalov və Elşad Abdullayev köməkçi, yerli referi İhar Şumilau dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Tural Qurbanov isə Kişineu şəhərində yerləşən “Zimbru” stadionunda Moldova - Bolqarıstan qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev köməklik göstərəcəklər. Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, hər iki oyun iyunun 5-də keçiriləcək.

İdman.Biz