DÇ-2026-ya hazırlıq çərçivəsində ABŞ, Kanada və Meksikada keçirilən İsveç və Yunanıstan arasında yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar İsveçin Stokholm şəhərindəki “Strawberry Arena”da qarşılaşıblar. Yekun hesab 2:2 olub.
10-cu dəqiqədə müdafiəçi Konstantinos Tsimikas Yunanıstanı irəli çıxarıb. 53-cü dəqiqədə hücumçu Viktor Gyökereş hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Qustaf Nilsson İsveçin ikinci qolunu vurub. 90+6-cı dəqiqədə hücumçu Georgios Masouras hesabı bərabərləşdirib.
Dünya çempionatında İsveç F qrupunda oynayacaq və Tunis, Niderland və Yaponiya ilə qarşılaşacaq. Yunanıstan Şotlandiya, Danimarka və Belarusla seçmə qrupda dördüncü yeri tutduqdan sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.
