“Benfika” Florentino Peresin yenidən “Real Madrid”in prezidenti seçiləcəyi təqdirdə Lissabon klubuna baş məşqçi Joze Mourinyonun müqaviləsinin vaxtından əvvəl ləğvi üçün 15 milyon avro ödəyəcəyi barədə məlumat verdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, bu barədə ESPN “Benfika”ya istinadən məlumat verib.
“Kral Klubu”nda prezident seçkiləri 7 iyunda keçiriləcək.
Mourinyo 2025-ci ilin sentyabrından “Benfika”ya rəhbərlik edir. Portuqaliyalı məşqçinin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”i çalışdırıb.
