Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatından sonrakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
İdman.Biz-in xəbərinə görə, daha əvvəl Deşamın turnirdən sonra milli komandadan ayrılacağı bildirilmişdi.
“Məndən bundan sonra nə edəcəyimi soruşmayın, çünki özümü bilmirəm, amma hər halda, hər şey yaxşı olacaq. Fransa milli komandası son 25 ildə peşəkar həyatıma hər şeydən daha çox təsir göstərib, bunun 11-ni meydanda, 14-nü isə ehtiyat oyunçular skamyasında keçirmişəm. Bu, mənim başıma gələn ən yaxşı şeydir. Bundan daha yaxşısını tapa biləcəyimə şübhə edirəm. Amma kim bilir...”, - Deşam deyib.
